Bir qrup amerikalı tədqiqatçı müəyyən edib ki, energetik içkilər tərkibində kofein olan digər içkilərdən daha təhlükəlidir. Bu barədə Amerika Kardiologiya Assosiasiyası məlumat yayıb. SİA "informing.ru" saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Journal of the American Heart Association" elmi jurnalında dərc edilib.
Alimlər bu qənaətə gəliblər ki, energetik içkilər QT (ürəyin elektrik sistolu) intervalını orta hesabla 2 saatda 10 millisaniyə artırır. Bu müddətdə ürək qeyri-normal döyünür. Nəticədə aritmiya sağlamlığa təhlükə törədir.
Alimlər energetik içki qəbul edən könüllüləri müşahidə edərək bu qənaətə gəliblər. Tədqiqat müəllifləri energetik içki həvəskarlarını ehtiyatlı olmağa çağırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB