Müğənni Zamiq Hüseynov media nümayəndələrini başına cəm edib. SİA-nın məlumatına görə, ifaçı "Unudaram" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Sənətçi təqdimatda kliplə bağlı fikirlərini bölüşüb: "Klipə təqdimat etməyi sevmirəm. Sadəcə olaraq, klipi ərsəyə gətirmək üçün əziyyət çəkən insanlar var. Mənə sosial şəbəkədə yazdılar ki, sizə animasiya şəklində klip çəkək. Mən də 3 şəklimi göndərdim. Bir aya hazır oldu və mən də bəyəndim".
Klipin rejissorları Zamiq haqda maraqlı fikir bildirib: "İspaniyanın Enrikesi varsa, Azərbaycanın da Zamiqi var".
Qeyd edək ki, mahnının musiqisi Emin Kərimiyə, sözləri MC Murada aiddir. Ekran işi rejissor Famil Əsədov və Cavid Əbdülrəhmanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB