Müğənni-aktrisa Kubra Hüseynovanın yaradıcılığında yenilik var. SİA-ya bu haqda aktrisanın özü məlumat verib: "Hazırda "Sən olmasaydın" adlı serialda çəkilirəm. Bu aralar başım serial çəkilişlərinə qarışıb. Amma aktrisalıq sənətimlə yanaşı ifaçılıq fəaliyyətimi də davam etdirirəm. Belə ki, yeni mahnı üzərində çalışıram. Bəstə lirikdir. Mahnının adını sirr saxlayıram. Bəstə üzərində aranjeman işləri gedir. Mahnı hazır olduqdan sonra dinləyicilərin ixtiyarına verəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB