"Xüsusi təyinatlı İbad Hüseynov2" də çəkiləcək türk aktyorlarının adları açıqlandı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, "Xüsusi təyinatlı İbad Hüseynov2" filmi çəkilir. Baş rolda çəkilən aktyor Elçin Məmmədli SİA-ya danışaraq, filmdə oynayacaq türk aktyorlarının adlarını açıqlayıb: " "Xüsusi təyinatlı İbad Hüseynov2" filmi çəkirik. Bu filmi çəkməyimizdə əsas məqsəd işğal olunmuş torpaqlarımızda döyüşlərdə qərəmanlıq nümayiş etdirən igidlərimizi işıqlandırmaqdır. Filmdə məndən başqa türk aktyorları Oktay Kaynarca və Halit Ergençin çəkiləcəyi də gözlənilir. Hələ ki, danışıqlar gedir".
Qeyd edək ki, ekran işinin rejissoru Natiq Novruz, ssenari müəllifi Cəmaləddin Qasımov, baş rol ifaçıları Elçin Məmmədli, Manaf Dadaşov və başqaları iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB