Təranəylə Musa sevgilərini bir-birilərinə belə etiraf etdilər? AÇIQLAMA
Təranə Qumral və Musa Musayev yenilik edəcək. SİA-ya bu haqda Təranə xanımın özü açıqlama verib: "Musayla yeni mahnı hazırlayırıq. Belə ki, bəstənin sözləri mənə, musiqisi Musa Musayevə aiddir. Lirik mahnıdır. Mahnı Musayla mənim sevgimə həsr olunub. Mahnınnı adını hələ ki, gizli saxlayıram. Hazırda montaj işləri gedir. Bəstə tam hazır olduqdan sonra dinləyicilərin ixtiyarına verəcəyik".
Təranə xanım klip çəkdirmək niyyətində olmadığını da bildirib:"Azərbaycanda klip çəkdirən müğənnilərin sayı azdır. Çünki kliplərə maraq azdır. Artıq internet dövrüdür. Hamı bir-birini sosial şəbəkələrdə izləyir. Elə mənim "İnstagram" səhifəmdə 126 min izləyicim var. Harda oluram, nə edirəm hamısının şəklini çəkib, "İnstagram" səhifəmdə paylaşıram. Ona görə məncə, klipə ehtiyyac yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB