Əməkdar artist Lalə Məmmədova yenidən Leyli obrazını canlandıracaq. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü məlumat verib. Sənətçinin səhnədə tərəf müqabili əməkdar artist Səbuhi İbayev olacaq. O, "İnstagram" səhifəsində şəkil paylaşaraq Leyli obrazı üçün hazırlaşdığını qeyd edib: "Məni Leyli obrazına hazırlayan gözəl tarzənimiz, böyük ürək sahibi, həmişə minnətdar olacağım sənətkarlardan biri Elxan Mansurov".
Xatırladaq ki, Lalə Məmmədova Leyli obrazını ilk dəfə 2012-ci ildə canlandırırb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB