Yaşar Cəlilovdan yenilik AÇIQLAMA

Müğənni Yaşar Cəlilov yeni mahnı üzərində çalışır. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Yeni bəstə hazırlayıram. Mahnının sözləri və musiqisi gənc yazara və bəstəkara aiddir. Bəstəyə hələ ad qoymamışıq. Mahnı lirikdir. Bəstəni Tərlan Məmmədhüseynov aranjeman edir. Mahnı hazır olan kimi dinləyicilərin ixtiyarına verəcəm. Fikrimcə, bəstə dinləyicilər tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə