Bir müddət öncə yaşadığı binada yanğın hadisəsi baş verən aparıcı Vüsalə Kərimova hazırda evinin təmirə ehtiyyacı olduğunu bildirib. SİA-ya danışan aparıcı bunları deyib: "Bildiyiniz kimi, bir müddət öncə yaşadığım binada yanğın hadisəsi baş vermişdi. Həmin hadisə zamanı mənim də evimə ciddi ziyan dəydi. Mənzilində yanğın hadisəsi baş verən ev sahibi ilə danışıqlar aparıb, evimi təmir etdirməsini tələb etdim. Lakin Azərbaycanda tikinti şirkətinə rəhbərlik edən və yaşadığım binanın ortaqlarından biri olan Nurəddin adlı şəxs mənə kobud cavab verdi. O, mənə əsəbi halda bildirdi ki, pulu olduğu halda mənzilimi təmir etdirməyəcək. Evimin təmiri üçün çalışdığım kanal mənə maddi yardım göstərəcək. Mənzilimin təmir işləri may ayının 1-dən başlayacaq. Bunun üçün evimi boşaldıram. Mənzilimin təmir işləri tamamlanana qədər kirayədə yaşayacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB