Rejissor: "Aygün Kazımovanın fanatı deyiləm" AÇIQLAMA

Rejissor: "Aygün Kazımovanın fanatı deyiləm" AÇIQLAMA

Rejissor Cavid xalq artisti Aygün Kazımovaya klip çəkmək sevdasına düşüb. SİA-ya bu haqda rejissorun özü açıqlama verib: "Bildiyiniz kimi, bir çox müğənnilərlə işləmişəm. Sənətçiyə klip çəkəndə də öncədən fikirləşməmişəm ki, hansısa ifaçıya klip çəkim, digərinə yox. Çünki hər zaman istəmişəm ki, müğənniylə yox, işimlə seçilim. Amma Azərbaycanda rejissorun işinə yox, klip çəkdiyi müğənninin məşhurluğuna önəm verirlər. Xalq artisti Aygün Kazımovaya klip çəkmək istərdim. Çünki onun təcrübəsi çoxdur. Aygün xanım incəsənət aləmində illərlə sözünü deyib. A.Kazımovanın siması fərqlidir. Ona klip çəkmək mənə maraqlı olardı. Amma Aygün Kazımovanın fanatı deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə