Vasif: "Şou-biznesdə dostu olmayan sənətçinin xasiyyətində problem var" AÇIQLAMA
Müğənni Vasif Məhərrəmli kliplərindən söz açıb. SİA-ya danışan ifaçı maraqlı məqamlara toxunub: "Bu vaxtadək bir neçə klip çəkdirmişəm. Hər zaman çalışmışam ki, lentə aldırdığım ekran işi fərqli olsun. Heç bir sənət yoldaşımın klipinə bənzəməsin. Arzuma da çatmışam. Bu vaxtadək kliplərimdə həmkarımın ekran işi üçün çəkilən kadrlardan istifadə etməmişəm. Hər zaman peşəkar işlər görməyə, tamaşaçılarımı yeni işlərimlə sevindirməyə çalışmışam".
Müğənni şou-biznesdə olan müğənni dostundan da danışıb: "Şou-biznesdə dostlarım var. Kim deyirsə ki, müğənnidən dost olmaz, bilin həmin sənətçinin xasiyyətində nəsə problem var. Mənim də şou-biznesdə dostlarım çoxdur. Onlardan biri də əməkdar artist Ədalət Şükürovdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB