Modelimiz Hindistanda Azərbaycanı belə təmsil etdi AÇIQLAMA-FOTOLAR

Modelimiz Hindistanda Azərbaycanı belə təmsil etdi AÇIQLAMA-FOTOLAR

Əslən Azərbaycanlı olan model Stefano Suaros bu yaxınlarda Amerikada keçirilən dünya şöhrətli dizayner Manish Malhotranın Fashion şounun açılışını edib. SİA-ya danışan model işi ilə bağlı yeni təklifin gəldiyini də bildirib: "Dünya şöhrətli dizayner Malhotra məni Fashion şounun açılışına dəvət etdi. Həmin gecəyə İngiltərə kraliçası Elizabet, Hindistan aktyorları Sahrukxan və Amitabh Bachchan, model Naomi Kembıl qatılıb. Mən Malhotra ilə moda göstərişindən öncə dostluq münasibətləri qurdum. O, yemək ərəfəsində məni Hollywood da film çəkilişinə dəvət etdi. Mən isə təklifi qəbul etmədim. Çünki mən Hindistanda filmə çəkilməyi düşünmür".

Model onu da qeyd edib ki, bu yaxınlarda təqdim etdiyi "You live in my heart" adlı mahnısının klip çəkilişi ilə bağlı Mayamiyə üz tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə