Müğənnilər Vəfa Şərifova və Elçin Məhərrəmov bir araya gəlib. SİA-ya bu haqda sənətçilərin özləri açıqlama verib: "Elçinlə bir araya gəlib, duet hazırlayırıq. Elçin çox istedadlı müğənnidir. Onunla duet oxumaq üçün səsim də uyğundur. Yeni mahnımız lirik bəstədir. Bəstə "Sənə qayıtmayacam" adlanır. Mahnının sözləri və musiqisi Elçin Məhərrəmovun özünə aiddir. Hazırda mahnının aranjeman işləri gedir. Fikrimcə, maraqlı bəstə alınacaq və dinləyicilər tərəfindən bəyənilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB