Moskvada yaşayıb, fəaliyyət göstərən azərbaycanlı müğənni Rəqsanə yaşadığı evi çəkərək "İnstagram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, ifaçı görüntülərdə Azərbaycan üçün çox darıxdığını və tezliklə gələcəyini bildirib: "İnanın ki, ürəyim Azərbaycanı istəyir. İnşallah, tezliklə Azərbaycanda olacam. Mən də sizin üçün darıxmışam. Sadəcə hazırda albom üzərində işləyirəm. Aprelin 26-dan klip çəkilişlərinə başlayacam. Əzizlərim, klip və gözəl konsert proqramı ilə qarşınıza çıxacam. Bu isə mənim Moskvada yaşadığım evimdir. Sizi çox istəyirəm. Allah bütün millətimizi qorusun. Gününüz xeyirli-uğurlu olsun. Ruzi-bərəkətiniz bol olsun"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB