Müğənnini ölkəyə buraxmadılar

Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb. SİA-nın xəbərinə görə, bu barədə müğənni "Facebook"dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib. "Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə