Aparıcı Könül Muxtarova ünvanına tənqid yazanlara xəbərdarlıq edib. SİA-nın məlumatına görə, aparıcı onlara bu sözləri ünvanlayıb: "Son günlər başa düşürəm ki, mənim həyatım bir çoxlarına maraqlıdır. Kimsəyə söz deməyi düşünmürəm. Çünki mən o qədər də bekar insan deyiləm. Sizə bir məsləhətim var: az mənim haqqımda düşünün. Mənim ağlım, əxlaqım bir çoxlarına dərs keçməyə yetər. Bir də sizə arzum olacaq: Allah işlərinizi və şəxsi həyatınızı elə gözəl etsin ki, məni düşünməyə zamanınız olmasın. Başınız elə öz xoşbəxtliyinizə qarışsın. Necə ki, mənim başım işimə, ailəmə və sevdiklərimə qarışıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB