Müğənni Kərim Abbasovun başına iş gəlib. SİA-nın məlumatına görə, sənətçinin avtomobilini yarıblar. Bu haqda K.Abbasov özü xəbər verib: "Bu gün mənim üçün bir az bəd xəbərlə açıldı. Maşınımın şüşələrini sındırıb içini yarıblar. Hər şeyi aparıblar. Amma heç olmasa, disklərimi və planşetimi aparmayaydılar. Onların içərisində mahnılarım, bir sözlə, 15 illik əməyim getdi. Onlardan qiymətli mənə heç nə ola bilməzdi. Əslində ağılsızlıq məndədir ki, onları maşında saxlamışam. Həmin oğru kimdirsə, İnşallah, axirətdə görüşərik. Polisə şikayət etmək fikrim yoxdur. Bilirəm ki, məni bu dəqiqə İnstaqramda izləyir. Get, rahat dolan. Mən səni Allaha həvalə etdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB