Aparıcı Zaur Baxşəliyev "İnstagram" səhifəsində ünvanına təhqir yazanlara səslənib. SİA-nın məlumatına görə, aparıcı onların cavabını verib: "Çox qəribədi, arada vaxt edəndə şəkillərə baxıram. Bir gün qabaq paylaşdığıma söyüş, təhqir yazırsız, səhəri gün isə "sağ ol, səndən yoxdur" sözlərini qeyd edirsiz. Görəsən hansı düzdür? Söyüşlər, ya sevgilər? Supersiniz, insanı darıxmağa qoymursunuz, sizə halaldır. Belə davam edin. Heç bir zaman mesajları silmərəm. Hər kəsin yazdığı və yazdırdığı öz iç dünyası və mədəniyyətidir. Ona görə də, "mədəniyyətlər toplusu"ndan zövq almağa davam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB