Azərbaycanda qanı bahasına klip çəkən rejissor AÇIQLAMA

Azərbaycanda qanı bahasına klip çəkən rejissor AÇIQLAMA

Əməkdar artist Mətanət İsgəndərli rejissorlardan söz açıb. SİA-ya açıqlama verən ifaçı bəyəndiyi azərbaycanlı rejissorun adını açıqlayıb: "Azərbaycanda işini bilən rejissorlarımız çoxdur. Mən də bir neçə rejissorla işləmişəm. Amma ən çox rejissor Ceyhun Kərimovun işini bəyənirəm. Çox məsuliyyətlidir. Bir klipin yaxşı alınması üçün əlindən gələn hər şeyi edir. Ceyhun mənə klip çəkəndə stressdən dırnaqlarının ətini yeyirdi. Əlinin qanı axırdı. Yəni bu adam qanının bahasına klip çəkir. Belə rejissora necə dəyər verməmək olar? Ceyhunun lentə aldığı ekran işləri hər zaman uğurlu olub".

Bütün xəbərlər Facebook səhifəmizdə