Rejissor: "Aygünlə, Röyadan başqa bütün müğənnilərə klip çəkmişəm" AÇIQLAMA
Rejissor Cavid çalışdığı müğənnilərdən söz açıb. SİA-ya açıqlama verən rejissor onların adlarını da açıqlayıb: "Bu vaxtadək bir çox müğənnilərə klip çəkmişəm. Həmin sənətçilər sırasında xalq artistləri Gülyanaq Məmmədova, Brilliant Dadaşova, əməkdar artist Ədalət Şükürov, müğənnilər Günay İbrahimli, Elariz Məmmədoğlu, Xumar Qədimovaya klip çəkmişəm. Bir sözlə, Azərbaycan şou-biznes camisində xalq artisti Aygün Kazımovadan və əməkdar artist Röyadan başqa bütün sənətçilərin kliplərini ekranlaşdırmışam. Amma istərdim ki, bu sənətçilərlə də iş birliyim olsun. Onu da qeyd edim ki, mən rejissor olaraq fəaliyyət göstərəndə Röya kliplərini Türkiyədə lentə aldırırdı. Hazırda da Röya kliplərini qardaş ölkədə lentə aldırır. Aygün xanımla isə hələ ki, üz-üzə gəlməmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB