"Mübariz vatan için kanla yazılan bir destan"ın mətbuat konfransı keçirildi

Bu gün "İST" film productionun ərsəyə gətirmək istədiyi "Mübariz vatan için kanla yazılan bir destan" adlı ekran işinin mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "İST" film nümayəndəsi Maksim Hüseynov, filmin sssenaristi Rəşad Dadaşov, "İST" film productionun mətbuat katibi Babək Həsənzadə iştirak edib.

Tədbiri giriş sözü ilə açan "İST" film productionun mətbuat katibi Babək Həsənzadə film haqqında məlumat verib: " "Mübariz vatan için kanla yazılan bir destan" adlı film "İST" film production tərəfindən çəkiləcək. Ekran işinin ilkin mərhələsini başa vurmuşuq. Belə ki, filmin tizeri hazırdır. Həmin tizeri 100 minlərlə insan izləyib. Hətta düşmənlərimiz ermənilər belə ekran işinin tizerinə baxıblar və qıcıqlandırıcı mesajlar yazıblar. Film 2018-ci il də təqdim oluncaq. Ekran işinin çəkilişləri Azərbaycanda baş tutacaq. Hətta istəyirik ki, filmi Mübarizgilin evində lentə alaq. Bu filmin çəkilməsi üçün 6 tanınmış rejissor nəzərdə tutulub".

Mətbuat konfransında çıxış edən filmin sssenaristi Rəşad Dadaşov ekran işi haqqında fikirlərini bildirib: " "Mübariz vatan için kanla yazılan bir destan" adlı film "İST" film productiona məxsusdur. Ekran işində hansı aktyorların çəkiləcəyini açıqlaya bilməyəcəm. Çünki kommersiya sirridir. "İST" film production həmin aktyorların adlarını deməyə icazə vermir".

Qeyd edək ki, mətbuat konfransı jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...