Tünzalə Ağayeva marafona qoşuldu

Xəbər verdiyimiz kimi, aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2017" keçiriləcək. SİA-nın məlumatına görə, marafona əməkdar artist Tünzalə Ağayeva da qoşulub: "İnsanları sağlam və aktiv həyata, həmrəyliyə çağırmağa mən də qoşuluram. Öz iştirakımı 2009-cu il 30 apreldə Neft Akademiyasında həlak olan tələbə və müəllimlərin əziz xatirəsinə həsr edirəm. İstəyən izləyicilərimi bu marafona qoşulmağa dəvət edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə