Natavan Həbibi əsəbiləşdi

Müğənni Natavan Həbibi ona paxıllıq və pislik edən insanlardan söz açıb. SİA-nın məlumatına görə, ifaçı onları qınaq obyektinə çevirib: "Əgər sənə paxıllıq etmirlərsə, demək ki, sənin heç bir dəyərin yoxdur. Paxıllığın sadəcə dili uzundur, çünki əlləri qısadır. Deyirəm mənə öz aləmlərində pislik etmək istəyənlər, yaxşı ki, əllərində məndə olan imkanlar yoxdur. Şou aləmindən kənar, heç yerdə lazım olmayan və şəxsiyyət olaraq hörməti olmayanlardır. Sadəcə çox gülməlisiniz. Sizin hamınız mənim üçün bir nəfər deyilsiniz, xəbəriniz olsun. Bacardığınız budur, davam edin. Həyatınıza bir baxın itirdiklərinizlə qazandıqlarınızın fərqinə varın. Allah böyükdür. Hər kəs layiq olanı alır. "Allah ürəyinizə görə versin" deyildikdə belə, ürəkdən amin deyə bilməyənlərdənsiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə