Aparıcı Ece Ergen ötən gecə Arnavutköydə dostlarından birinin ad günü partisinə qatılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı tədbir çıxışında jurnalistlərin suallarını cavablandırıb.
O, müğənni Alişanın yaxın günlərdə nişanlanacağını bildirib: "Alişanı evləndirməsək, bu gedişlə o, evdə qalacaq. Bu səbəbdən Esra Erol və mən vəziyyəti ələ almışıq. Biz bunu etməsək, heç kəs bacarmayacaq. Bir namizədimiz var. O da efir adamıdır. Amma model deyil. Evlənmək yolunda addımlar atılır. Ailələr də artıq tanışdır. Yaxın zamanda qızı istəməyə gedəcəyik".
Jurnalistlərin israrlarına baxmayaraq, Ergen həmin xanımın adını açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB