Müğənni hansı bəstəkarların təklifini rədd etdi? AÇIQLAMA

Müğənni hansı bəstəkarların təklifini rədd etdi? AÇIQLAMA

Müğənni Vəfa Şərifova işlədiyi bəstəkardan söz açıb. SİA-ya açıqlama verən ifaçı bunları deyib: "Bir neçə bəstəkarla işləmək təklifi almışam. Lakin qəbul etməmişəm. Yalnız hazırda Türkiyədə yaşayan bəstəkar Tural Bayrəməliyevlə çalışıram. Onun bəstələrini çox sevirəm. Çünki Turalın yazdığı hər şey gözəldir. Bəstələrini sevə-sevə dinləyirəm. Bir neçə mahnımın da müəllifidir. Hazırda da Turalnan yeni bəstələr üzərində çalışırıq. Ümid edirəm ki, yeni ərsəyə gətirmək istədiyimiz mahnılar dinləyicilər tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə