Pərvin: "Nəfəsim, ümidlərimi puça çıxarma" FOTO

Pərvin: "Nəfəsim, ümidlərimi puça çıxarma" FOTO

Aktrisa Pərvin Abıyeva bu gün qardaşı Orxanın doğum gününü qeyd edir. SİA-nın məlumatına görə, aktrisa qardaşını belə təbrik edib: "Mənim tək, yeganə qardaşım. Doğulduğun gün sanki dünən kimi yadımdadır. Sən 1 yaş da böyüdün və artıq boyun boyumu, zəkan zəkamı keçib. Səninlə fəxr edirəm. Hər zaman mənim qürur mənbəyim ol. Ümidlərimin puça çıxmayacağından əminəm. Yeni yaşın mübarək, nəfəsim".

Bütün xəbərlər Facebook səhifəmizdə