Məşhurların çəkildiyi filmin qala gecəsi oldu FOTOLAR

Romantik komediya janrında çəkilən "Hozu" filminin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, ekran işində baş rolları əməkdar artistlər Nahidə Orucoca və Elza Seyidcaha, müğənni Natavan Həbibi, aktyorlar Məcid Hüseynov, Elsəvər Mehdizadə və başqaları canlandırıb.

Qeyd edək ki, ekran işinin quruluşcu rejissoru İlham Yaşaroğlu, prodüseri M.Hüseynovdur.

Qala gecəsi ilə bağlı Natavan Həbibi açıqlama verib: " "Hozu" filminin qala gecəsi möhtəşəm keçdi. Hər kəs işimizdən razı qaldı. Əsas da odur. Komandamızın bütün heyyətini təbrik edirəm. Xeyirli olsun. Növbədə işlər çoxdur. Qala gecəsinə gələn dostlarımızı, qonaqlarımızı öpürəm. Sizi sevirm. Əziz tamaşaçılar siz də gedib, izləy bilrsiz. Məncə, xoşunuza gələcək".

Qala gecədən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə