Azərbaycanlı aktrisaların mənimsənilən pulu ödəndi

Bir neçə ay öncə təqdim olunan "3 badam, 1 qoz" filmi haqqında söz-söhbətlər gəzirdi. SİA-nın məlumatına görə, ekran işində rol alan aktrisalar Cəmilə Tağızadə, Mila Əminə və Sevinc Şirinova filmin prodüseri Altun Mətləboğlundan şikayətçi olaraq, dələduzluqda ittiham etmişdilər. Aktrisalar bildirmişdi ki, prodüser onlara ayrılan qonorarı vermir.

Cəmilə Tağızadə məsələ ilə bağlı yenidən açıqlama verib. O, bildirib ki, qonorarlar artıq ödənilib: "Qonorar məsələsi həll olundu. Buna görə Rəsul Abbasova təşəkkür edirəm. Bu problemi məhz sən həll etdin. Nəhayət, haq-ədalət öz yerini tapdı. Çalışaq heç vaxt, heç kimin haqqını yeməyək. Halal zəhmətlə pul qazanan insanların haqqına girməyək. Onsuz da gec və ya tez haqq öz yerini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə