Lalə: "Atamı son mənzilə başı uca yola saldım"

Lalə: "Atamı son mənzilə başı uca yola saldım"

Aparıcı Lalə Əlimuxtarova maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, aparıcı bəzi insanları qınamağı da unutmayıb: "Ailəsinə, bacı-qardaşına, dostlarına yararlanan insan Allahın sevdiyi bəndəsidir. Yalandan əzizinə canım deyib, nə xəstələnəndə, nə xeyrində, nə şərində heç nə etməyən insan bu həyatda nəyə lazımdır? Belələri bədbəxt insandır. Övlad ata-anasının yaşayışını, xəstəliklərini görüb yaxın durmursa, yaxşı övlad sayıla bilər? Min şükür, biz ata-anamıza layiqli övladlar olduq. Əlimizdən gələni etdik. Son mənzilə belə başı uca yola saldıq. Kiməsə möhtac olmadıq. Şükür sənə ya rəbbim. Elə ailələr var ki, özlərini göylə aparır, guya bunlardan yoxdur. Hərəsi özü üçündür, nə anaya, nə ataya dayaq deyillər. Nə maddi, nə mənəvi... Belələri heç vaxt nə xeyir tapar, nə də mükəmməl ola bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə