Zaur Xatirəni sarımsaq yediyi üçün pərt etdi

Zaur Xatirəni sarımsaq yediyi üçün pərt etdi

Müğənni Xatirə İslam aparıcı Zaur Kamalın idarə etdiyi verilişin qonağı olub. SİA-nın məlumatına görə, aparıcı Xatirə İslamı canlı efirdə biabır edib. Belə ki, Zaur ifaçı səhnəyə çıxar-çıxmaz ondan xoşagəlməz iy gəldiyini bildirib.

O, "Bu nə iydir belə? Sarımsaq yeyib efirə çıxarlar? İydən boğuluram"-deyərək, sənətçini pərt edib.

X.İslam isə həqiqətən sarımsaq yediyini və kompleksinin olmadığını söyləyib: "Nə olsun? Nə var ki, bunda? Bir balaca yemişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə