Məşhur türk aktyorlarının Azərbaycana gəlişi təxirə salındı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, türkiyəli aktyorlar Murad Yıldırım və Fahriye Evcen baş rolda oynadıqları "Sonsuz aşk" filminin qala gecəsi üçün bu ay Bakıya gələcəkdilər. Aktyorların Azərbaycana gəlişi təxirə salınıb.
Məsələ ilə əlaqədar olaraq SİA-ya Nizami Kino Mərkəzinin mətbuat xidməti Arzu xanımla əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Arzu xanım bunları deyib: "Bildiyiniz kimi, aprelin 19-da Murad Yıldırım və Fahriye Evcen paytaxtımızın qonağı olacaqdı. Lakin onlar işlərinin çoxluğundan bu ay Bakıya gələ bilməyəcəklər. Aktyorların başı digər çəkilişlərə qarışıb. Ona görə Murad Yıldırım və Fahriye Evcenin Azərbaycana gəlişi təxirə salınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB