Vasif: "İncəsənətə görə ölmək lazım deyil" AÇIQLAMA

Müğənni Vasif Məhərrəmli maraqlı açıqlamalar verib. SİA-ya danışan ifaçı bunları deyib: "Şou-biznes ailəmində belə bir söz var ki, incəsənət qurban tələb edir. İncəsənət qurban tələb edir deyəndə bu o demək deyil ki, kimsə ölməlidir. Bu sözlə razılaşmıram. Sadəcə olaraq, fədakar, işini sevən olmalısan. Mən də işimə bağlı, peşəkar müğənniyəm. Hər zaman çalışmışam ki, tamaşaçılara təqdim etdiyim işlər təqdirə layiq olsun. İnsanlar tərəfindən bəyənilsin. Düşünürəm ki, bu, belədir. Dinləyicilərin ixtiyarına verdiyim hər bəstə insanlar tərəfindən sevə-sevə qulaq asılır".

Bütün xəbərlər Facebook səhifəmizdə