Ölüm xəbəri yayılan Naibə Allahverdiyevadan AÇIQLAMA

Ölüm xəbəri yayılan Naibə Allahverdiyevadan AÇIQLAMA

Əməkdar artist Naibə Allahverdiyevanın ölüm xəbəri yayılıb. SİA məsələ ilə əlaqədar olaraq aktrisanın özü ilə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Naibə xanım haqqında yayılan şaiyələrin yalan olduğunu bildirdi: "Bəzi xəbər saytları ölüm xəbərimi yaydı. Amma bunu niyə etdiklərini bilmirəm. Mənim ölümümə sevinənlər və kədərlənənlər oldu. Hər kəs bilsin ki, insana həyat verən Allahdır. Bəndə heç kimdir. Gərək bu ömrü də dəyanətlə, şərəflə yaşayasan. Özündən sonra azacıq da olsa bir iz qoyub gedəsən. Sənətimlə bir çox insanların qəlbinə yol tapıb, sevgilərini qazanmışamsa, deməli bu həyatı boş yaşamamışam. Dünyaya gəldiyim gündən həyat məni çox sınağa çəkdi. Vurdu, sürüdü, yıxdı yaraladı. Amma qəlbimdən insanlara qarşı sevgini, mərhəməti ala bilmədi. Buna görə xoşbəxtəm. Mənim ölüm xəbərimi eşidib, sevinənlərə demək istəyirəm ki, heç kim xəstəlikdən, ölümdən sığortalanmayıb. Bir gün sizin də qapınızı döyə bilər. Amma sizə onu arzu etmirəm. Allah sizi hidayət etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə