"Zuhal Topalla" izdivaç verilişinə daha bir azərbaycanlı model Elmir İsmayılov qatılıb. SİA-nın məlumatına görə, Elmir azərbaycanlı Naz Milaya namizəd olub.

Aktyor və model kimi fəaliyyət göstərən E.İsmayılov İstanbulda yaşadığını söyləyib: "8 ildir Türkiyədə yaşayıram. Aktyorluq edirəm, bir çox ekran işində rol almışam. Ərəb klipində çəkildim, 50 milyon izlənilib. Bura gəlməyimdən ailəmin də xəbəri var. Onlar Bakıda yaşayırlar".

Nazın keçmiş sevgilisi Əli Elmirlə tanış olduqlarını, onun belə bir addım atmasına təəccübləndiyini deyib:"Onu görüb şok oldum. Elmirlə tanışlığımız var. Azərbaycandan tanış olsaq da, İstanbulda da görüşmüşük. Mən Nazla birlikdə olanda mənimlə görüşmüşdü. İndi Naza namizəd olub. Narahat olmadım, amma düz etməyib".

Elmir Əliyə "Şok olacaq bir hal yoxdur. Bir qız bir oğlanındır. Əli ilə yaxın dost olsaydıq, bura heç gəlməzdim. Əliyə məsləhət görürəm ki, belə hallara qarışmasın. Naza gəldim, qərarı necə olsa da, onun işidir" cavabını verib.

Naz Əlinin hərəkətini düzgün qəbul etmədiyini bildirib:"Səninlə dost olsaydı, gəlməzdi. Qarışma bu məsələyə".

Naz Elmiri bəyəndiyini və onunla çay içməyə getmək istədiyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...