Səidə Sultan da bu hadisəyə biganə qalmadı FOTO

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə türkiyəli müğənni Özcan Denizin erməni mahnısına qulaq asması və zümzümə etməsi videogörüntüləri yayımlanıb. SİA-nın məlumatına görə, sözügedən görüntülər adi insanlarla yanaşı, şou-biznes nümayəndələri tərəfindən də tənqid olunub. Həmin tənqid edən tanınmışlar arasında müğənni Səidə Sultan da var. O, bu haqda "İnstagram" səhifəsində yazıb: "Özcan Deniz, görəsən sizi erməni tayfası öz dövlətinə çağırıb azərbaycanlılar qədər sənətinə hörmət edib, çörək verib?! Əlbəttə ki, yox. Kimə nə edirsə elə həmişə özününkü edir. Sən də elələrindənsən. Çox heyif, bu səhvi etməməli idin. Ən azından bu addımı atanda fikirləşməli idin. Bizim sənə olan sevgimizi fikirləşməli idin. Sənətçisənsə Azərbaycan xalqının musiqisini araşdır, gör hardan bəhrənirlər bədxah ermənilər".

Bütün xəbərlər Facebook səhifəmizdə