Azərbaycanlı rejissor: “Müğənninin rejissorun işinə qarışmağa haqqı yoxdur” AÇIQLAMA

Azərbaycanlı rejissor: “Müğənninin rejissorun işinə qarışmağa haqqı yoxdur” AÇIQLAMA

Rejissor Ceyhun Kərimov çəkdiyi kliplərdən söz açıb. SİA-ya açıqlama verən rejissor klip çəkilişi zamanı bir çox müğənnilərlə yola getmədiyini etiraf edib: "Bildiyiniz kimi, bir çox sənətçilərlə işləyib, klip çəkmişəm. Klip çəkilişi zamanı bir çox xanım müğənnilərin kompleksləri ilə qarşılaşıram. Hətta işimə müdaxilə belə edirlər. Rejissorla birgə ekran işinin montaj işləri görülən zaman saatlarla, günlərlə əyləşən müğənnilər var. Amma bu düzgün deyil. Çünki sənətçi klipə çəkilib, hazır materialı götürməlidir. İfaçının rejissorun işinə qarışmasına haqqı yoxdur. Çünki işini bilən rejissor klipdə hansı kadrlardan istifadə edəcəyini müğənnidən daha yaxşı bilir ".

Bütün xəbərlər Facebook səhifəmizdə