Baloğlan Əşrəfov maşınla vurulan qohumundan danışdı AÇIQLAMA

Baloğlan Əşrəfov maşınla vurulan qohumundan danışdı AÇIQLAMA

Müğənni Baloğlan Əşrəfovun qohumunu avtomobil vurub. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Masallı rayonunun Bədalan kəndində dayımın nəvəsi Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alıb. Onu rayondan Bakıya gətirmişik. Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdədir. Dünən xəstəxanada dayım nəvəsinin yanında idim. Bu gün də onu ziyarət edəcəm. Raufun hazırda vəziyyəti normaldır".

Qeyd edək ki, faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə