Rəqsanə də bacılara dəstək oldu

Ötən gün 87 yaşlı kişi avtomobil ilə vuran Sevil Sevinc bacılarına həmkarları Rəqsanə İsmayılova da dəstək olub. SİA-nın məlumatına görə, ifaçı onlara bu sözləri ünvanlayıb: "Allah böyükdür, inşallah, hər şey yaxşı olar. Qızlar, Allaha dua edin, ağsaqqal dayımız sağ-salamat ayağa qalxsın. Əzizlərim, insanlara çətin günündə dəstək olaq. Yıxılına balta vurmaq bizim millətin adətidir. Gəncdirlər. Bilərəkdən etməyiblər. Onlar da belə olmasını istəməzdi. Mənim də başıma dəfələrlə qəza gəlib. İndi bacıların nələr çəkdiyini yaxşı bilirəm. Onlar mənim övladım yaşındadır. Öz övladımı onların yerinə qoyuram, çox çətindir. Ataların misalı var: "Çıxan qan damarda qalmır". Yəni ki, olacağa çarə yoxdur. Bacılar da bizim millətin balasıdır, əksinə ürək-dirək vermək lazımdır. Allaha dua edək hər şey yaxşı olar, ümidinizi Allahdan kəsməyin. Allah atasız qızları qoruyar, arxa çıxar".

Bütün xəbərlər Facebook səhifəmizdə