Bu gün səhər saatlarında Sevil-Sevinc bacıları avtomobillə adam vurub. SİA-nın məlumatına görə, müğənni Kərim Abbasov onlara dəstək olub: "Bu gün bacıların başına gələn hadisələrdən çox üzülürəm. Allah sizə kömək olsun. Bu hadisə hər kəsin başına gələ bilər. Heç kəs sığortalanmayıb. Allah o dayıya da şəfa versin. Tez qalxsın ayağa ağsaqqal. Bacılar bunu bilə-bilə etməyib. Onların ünvanına yazılan mənfi şərhlərə çox üzülürəm. Vallah ayıbdır. Adama deyərlər Sevil-Sevinc sizə nə edib bu qədər qarğış edirsiz? Utanmırsız? İndi hər kəs onlara dəstək olmaq əvəzinə vurur. Məgər ermənidirlər yoxsa vətən xaini? Ya Rəbb, hansı zəmanədə yaşayırıq. Kiminsə pis gününə niyə sevinirsiniz?! Zənən xeylağını bu qədər vurmaq olmaz! Kim sevinirsə başına gəlsin, görsün dadını. Belə yazan insanların yerinə utanıram".
Qeyd edək ki, Sevil Sevinc bacılarının avtomobillə vurduğu 87 yaşlı Zöhrab Ağayevin vəziyyəti kafidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB