Vasif Məhərrəmli "Əsli Kərəm"i təqdim etdi FOTOLAR - SƏS TV

Vasif Məhərrəmli "Əsli Kərəm"i təqdim etdi FOTOLAR - SƏS TV

Müğənni Vasif Məhərrəmli "Əsli Kərəm" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, ekran işi haqqında danışan sənətçi çəkilişlərin 1 ay baş tutduğunu deyib:" "Əsli Kərəm" adlı klipim soyuq havada çəkilib. Amma kadrlarda elə görünür ki, isti yay havasıdır. Ekran işinin çəkilişləri Bakıda baş tutub. Klip çəkilişi zamanı rejissorun işinə qarışmadım. Ceyhun necə istədi elədə ekran işini çəkdi və uğurlu da alındı. Klipdə mənimlə əziyyət çəkən komandaya təşəkkür edirəm".

Klipin rejissoru Ceyhun Kərimov ərsəyə gətirdiyi ekran işi haqqında danışıb: "Azərbaycanda ilk dəfədir ki, belə klip çəkilir. Vasif Məhərrəmli ilə işləməkdən zövq aldım. Xüsusi ilə qeyd edim ki, "Əsli Kərəm" adlı ekran işinin çəkilişi zamanı komanda çox böyük əziyyət çəkdi. Komanda üzvləri soyuq havada kamera önünə keçdilər. Əsas odur ki, klip çəkilişləri uğurla nəticələndi və dinləyicilərə təqdim edə bildik".

Tədbirdə iştirak edən səbəbkarın incəsənət dostları, əməkdar artistlər Mətanət İsgəndərli və Ədalət Şükürov Vasif Məhərrəmlinin yeni klipini bəyəndiklərini söyləyərək, yaradıcılığında uğurlar arzu ediblər.

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə