Türkiyənin "Show" telekanalında yeni başlayan "Aşk ve Gurur" serialı reytinq qurbanı olub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Mert Fırat və Damla Sönmezin baş rollarını ifa etdiyi ekran işi reytinqlərdə gözlənilən nəticəni verməyib. Belə ki, telekanal rəhbərliyi serialın gününü dəyişdirsə də, heç bir fayda verməyib.
Beləliklə, çərşənbə axşamları yayımlanan "Aşk ve Gurur"serialı üçün erkən final qərarı verilib. Serial 6-cı seriyasından sonra ekranlarda olmayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB