Azərbaycanlı müğənni hər kəsi başına yığdı FOTOLAR

Azərbaycanlı müğənni hər kəsi başına yığdı FOTOLAR

Bu gün Vəfa Şərifova "Misafirim ol" adlı klipinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən səbəbkar yeni işi haqqında ürək dolusu danışıb: " "Misafirim ol" adlı mahnıya klip çəkdirdim. Bəstənin sözləri və musiqisi Tural Bayraməliyevə aiddir. Ekran işini rejissor Cavid lentə alıb. Klip Bakıda lentə alınıb. Bir sözlə komanda olaraq çalışdıq ki, fərqli iş ortaya qoyaq. Xüsusi ilə qeyd edim ki, yeni addımladığım incəsənət ailəminə işimlə gəlmək istədim. Bəzi müğənnilər kimi qalmaqal edib, özümü reklam etmədim. Bu klipimdən sonra işlərimə fasilə verməyəcəm. Çalışacam ki, daima yeniliklərə imza atam".

"Misafirim ol" klipinin rejissoru Cavid də çəkdiyi ekran işi fikirlərini bildirib: " Vəfa xanımla dostuq, həm də kliplərini bundan sonra mən lentə alacam. Vəfa xanıma kömək edirəm. Bu məqamı diqqətinizə çatdırım ki, "Misafirim ol" ekran işini təqdim etməmişdən öncə bir neçə dəyişikliklər etdik. Çalışdım ki, Vəfa xanımı maraqlı obrazlarda klipə çəkim. İstəyirəm ki, V.Şərifova şou-biznesin qadın müğənnilərindən fərqlənsin. Heç kimi təkrarlamasın".

Tədbirdə maraqlı an yaşanıb. Belə ki, Bakıda olmayan "Misafirim ol" mahnısının müəllifi Tural Bayraməliyev Vəfa Şərifovaya gül göndərib.

Qeyd edək ki, tədbir jurnalistlərin sualları ilə davam edib. Media nümayəndələri də klipi bəyəndiklərini söyləyiblər.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə