Azərbaycanlı stilist işsiz qaldı

Stilist Samiraldonun işlədiyi gözəllik salonu bağlanıb. SİA-ya bu haqda stilistin özü danışıb: "Bildiyiniz kimi, gözəllik salonlarının birində fəaliyyət göstərirdim. Artıq işləmirəm. Çünki gözəllik salonu bağlandı. Hazırda işsizəm. Lakin məkan açılışlarına, tədbirlərə gedib, pulumu qazanıram. İşsiz qalmağıma rəğmən heç bir salona məni işə götürsün deyə yalvarmıram. Çünki mən Azərbaycanda sözümü demiş stilistəm. Hansısa gözəllik salonundan işləmək təklifi gəlsə, fikirləşib, qərar verəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə