Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəz sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə konserti keçirib. SİA-nın məlumatına görə, konsert 4 saylı xüsusi internat məktəbində təşkil olunub.
Tədbirdə müğənnilər Tafur, Nərminə Paşayeva və Aysel Əlizadənin çıxışları uşaqlara əyləncəli anlar yaşadıb. Ümumdünya gülüş günündə keçirilən bu tədbirdə məqsəd qayğıya, diqqətə xüsusi ehtiyacı olan uşaqlara azda olsa sevinc və təbəssüm bəxş etmək olub.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB