Müğənni Əkbər televiziya məkanlarından uzaq düşməsinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən ifaçı yerli kanallarda yayımlanan bəzi verilişləri bəyənmədiyini bildirib: "Yerli telekanallarda efirə çıxmağa üstünlük vermirəm. Çünki özümü bir çox verilişlərdə görmürəm. Bəzi verilişlərimiz bazara oxşayır. Bir neçə aparıcılarımız da var ki, onların ümumiyyətlə, efir mədəniyyəti yoxdur. Verilişə dəvət etdikləri qonaqlara da hörmətsizlik edirlər. Yazıq sənətçi də "qara siyahı" ya düşmək qorxusundan səsini çıxartmır. Mən də verilişlərdəki bu problemlərə görə efirə çıxmaqdan imtina edirəm. Amma istəsəm, istədiyim proqrama ödəniş edib, efirə çıxaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB