Naz bir də evlilik proqramına çıxmayacaq

Naz bir də evlilik proqramına çıxmayacaq

Türkiyənin izdivaç verilişində iştirak edən azərbaycanlı gəlin Naz Mila proqramı birdəfəlik tərk edib. SİA-nın məlumatına görə, bu gün verilişdə Kubilay adlı gənc Nagihan adlı iştirakçıya evlilik təklifi edib və "Hə" cavabı alıb.

Canlı yayımda romantik keçən evlilik təklifindən təsirlənən Naz göz yaşlarına hakim ola bilməyib. Mila belə bir təklifin ona da edilməsini arzulayıb.

Daha sonra azərbaycanlı gəlin aparıcıdan Əlinin yeni görüşdüyü Qamze adlı qızla münasibətlərinin hansı yerdə olduğunu soruşub.

Aparıcı Zuhal ötən günə qədər cütlüyün çox yaxşı münasibətdə olduğunu, hətta, birlikdə şam etdiyini deyib. Bundan sonra Naz proqramdan getmək istədiyini açıqlayıb və verilişi tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə