Prodüser Tolik aparıcılıq etmək sevdasına düşüb. SİA-nın məlumatına görə, bu haqda Tolik özü məlumat verib: "İnşAllah sizlərə maraqlı və baxımlı veriliş təqdim edəcəm. Düzdür, mən aparıcı deyiləm. Amma bəzi aparıcılardan yaxşı veriliş idarə edərəm. Fikirləşdim ki, yeni veriliş açım, öz layihəm olsun. Ümid edirəm ki, yeni verilişimi bəyənəcəksiniz. Amma təqdim etmək istədiyim layihəmin hələ ki, sponsoru yoxdur. Görək, verilişimə hansı şirkət sponsorluq etmək istəyəcək".
Qeyd edək ki, Tolikin yeni verilişi tok-şou xarakterli olacaq. Verilişdə həftə ərzində şou-biznes və mədəniyyət sahəsində baş verən hadisələr müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB