Tanınmış modelin çəkildiyi filmi təqdim olundu FOTOLAR

Azərbaycanlı rejissor Elmar Bayramov tərəfindən ilk dəfə olaraq action və triller janrında çəkilən "Don Marleone" filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, ekran işi naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir. Bu film məhşur "Xaç atası" filminə parodiya olduğu üçün komedik elementlərlə də zəngindir.

Filmdə baş rolda tanınmış model, "Best Model of the World 2007" yarışmasının qalibi Rüstəm Cəbrayılov çəkilib. Ssenari müəllifi Rəşad Süleymanoğludur. Ekran əsərində Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb.

Filmin quruluşçu rejissoru, Kapoeyra federasiyasının vitse-prezidenti Elmar Bayramovdur. O bundan öncə də aksion səhnələri ilə tamaşaçıları heyran edib. Peşəkar idmançı olan E.Bayramov filmin döyüş səhnələrində çəkilib.

Filmin rejissoru Elmar Bayramov bildirib ki, filmin çəkilişlər Bakıda, Abşeron kəndlərində, həmçinin İtaliyada aparılıb. Kino mütəxəssislərindən bəziləri yeni ekran əsərini məşhur "Xaç atası" filminə nəzirə, digərləri isə həmin filmə parodiya kimi dəyərləndirirlər. Amma "action" və "triller" janrlarında çəkilmiş ekran əsəri bütün hallarda kino həvəskarlarının diqqətini çəkəcək.

"Don Marleone"də baş rolun ifaçısı - Xan obrazını çanlandıran Rüstəm Cəbrayılov, filmin yaradıcı heyəti ilə 2 ay çəkilişə hazırlığı və 1 ay filmin çəkilişləri müddətini əsl yaradıcılıq təcrübəsi kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə