Murad: "İşsiz ailənin 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" FOTO

Murad: "İşsiz ailənin 2-dən çox uşaq doğmağa haqqı yoxdur!" FOTO

Cəmiyyətdə xoşagəlməz hadisələrə biganə qala bilməyən bəstəkar-müğənni, aparıcı Murad Arif yenidən ənənəsinə sadiq qalıb. SİA-nın məlumatına görə, müğənni sosial şəbəkədə çoxuşaqlı ailənin fotosunu paylaşaraq bu sözləri qeyd edib: "Daha bir çoxuşaqlı ailə və ac-yalavac uşaqlar! Mən yenə də "İmkana görə doğun!" ifadəsini səsləndirəcəyəm, siz yenə də "Allah ruzisini yetirəcək!" yazıb, ağzımdan vuracaqsınız. Mənə kimsə "Ondansa yardım elə!" yazmasın. Etdiyim yardımları reklam etmək fikrim yoxdur. Amma siz hər yerdə bu təbliğatı aparın ki, imkansız, savadsız, işsiz, dəstəksiz ailənin 2-dən çox uşaq doğmağa haqqı yoxdur! Bu zəmanədə 1 uşağı da böyütmək zülmdür. Sosial yardım edilmir. Uşaq evləri nə vəziyyətdə. Nə qədər vicdansız olasan ki, gözünü yumub bir ucdan uşaq gətirəsən bu qəddar dünyaya?!".

Bütün xəbərlər Facebook səhifəmizdə