Bu gün doğum günün qeyd edən müğənni Roza Zərgərli yaradıcılığında yenilik edib. SİA-ya açıqlama verən ifaçı bildirib ki, "Biri sənsən biri mən" adlı mahnını həmkarı Valeh Vəliyevlə birgə oxuyub: "Hər il təmtəraqlı ad günü keçirməyi sevmirəm. Əslində bu il edəcəydim, amma bu il fərqli keçirmək istədim. İlk dəfə ad günümdə mahnı təqdim edirəm. Bu mənim özümə sürprizimdir. Ad günümə ən gözəl hədiyyədir. Həmkarım Valehlə oxuduğum bu bəstənin seviləcəyinə inanıram".
Qeyd edək ki, "Biri sənsən biri mən" adlı bəstənin musiqisi Ruslan Səfəroğlunun, sözləri Şirin Məmmədovun, aranjimanı isə Elvin Musayevindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB