Şou Prodakşn (Show Production) "Yücüller Film" ilə əməkdaşlığa başlayıb. SİA-ya bu haqda Şou Prodakşının rəhbəri Azər Bağırov məlumat verib: "Şou Prodakşn (Show Production) "Yücüller Film" ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycanın tanınmış aktyor və akrtisaları ilə yanaşı, Türkiyənin məşhur simaları "Qaytar Pulumu" filminə çəkiliblər. Ekran işi artıq hazırdır. Yaxın günlərdə filmin qala gecəsi keçiriləcək. Film komedya janrında çəkilib. Ekran işində "Kurtlar Vadisi" serialında və "Kərtənkələ" və s. tanınmış seriallarda rol alan tanınmış aktyorlar rol alıb. Film həm Azərbaycanda , həm də Türkiyədə lentə alınıb. "Qaytar Pulumu" adlı filmin qala gecəsinə türk seriallarının qəhramanları da qatılacaq".
Qeyd edək ki, filmin rejissoru Mətin Yüceldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB